Bu Gün Brazilyanın Tunisdəki səfirliyinə bıçaqlı hücum olub. 

QHT.az xəbər verir ki, bıçaqlı təcavüzkarın səfirliyin qarşısında işləyən bir polis əməkdaşını bıçaqladığı bildirilib. Bildirilib ki, səfirlik qarşısındakı məmurlar şübhəli kimi gördükləri hücumçuya suallar veriblər, lakin daha sonra sualları cavabsız qoyub və polis əməkdaşını bıçaqlayıblar. Hücumdan sonra digər polislər tərəfindən ayağından güllə yarası alan təcavüzkar zərərsizləşdirilərkən, bıçaqlanan polis məmuru xəstəxanaya aparılıb.

Bölgəyə çoxlu sayda mühafizəçi göndərilərkən, səfirlik ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.

 

Pərvanə Fərhadqızı