İlk dəfə Azərbaycanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu təşkil olunub.

“Gələcəyə Baxış Avropaya İnteqrasiya" İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a bildirib ki, tədbir çərçivəsində “Azərbaycan–Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” da keçirilib. Görüşdə QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi, Zəngəzur dəhlizinin regional əhəmiyyəti və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub:

"Qazaxıstan və Azərbaycan QHT-ləri arasında planlaşdırılan yeni addımlar da təqdim edilib. Bu cür platformalar türk dünyasının vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Forumun nəticələrinin qarşıdakı dövrdə regional layihələr üçün yeni imkanlar açacağı gözlənilir".