Beynəlxalq Humanistika İnstitutunun təşkilatçılığı ilə “Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial müdafiyəsinin gücləndirilməsi məqsədilə hüquqi maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində 25 avqust, 27 avqust və 31 avqust tarixlərində tədbirlər keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Resp
ublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, veteranlar və təşkilatın üzvləri, sülh səfirləri iştirak ediblər. İnstitutun sədri Elmira Məhəddinli layihə haqqında məlumat verib. Layihənin məqsədi şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərin sosial durumunun yaxşılaşdırılması məqsədilə maarifləndirici tədbirlərin təşkil edilməsidir. Bu məqsədlə, demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə hüquqi maarifləndirmə işlərinin həyata keçirilməsidir. Bununla da, məşğulluğun təmin olunması, şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi təmin olunacaqdır.
Pərvanə Fərhadqızı












