QHT.az xəbər verir ki, “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs işə qəbul edən qurum kimi “İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi” struktur bölməsi müxtəlif istiqamətlərdə fəaliyyət göstərir:

  • hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir;
  • Azərbaycan Respublikasında hüquqi şüurun formalaşdırılmasında iştirak edir;
  • insan hüquqlarının beynəlxalq müdafiəsi jhmexanizmlərinin fəaliyyət təcrübəsini öyrənir və təşviq edir;
  • dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirir;
  • hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün insan hüquqlarının problem məsələləri ilə bağlı təlimlər təşkil edir və keçirir;
  • hüquqşünas məzunların stajorluq əsasında təcrübi vərdişlər mənimsəməsinə yardım edir;
  • qanun layihələrinin insan haqları prizmasından ekspertizasının keçirilməsində və rəy hazırlanmasında iştirak edir.

Vəzifə: Təlimçi - ekspert

 Vəzifə öhdəlikləri:

  • Hüquq, o cümlədən insan hüquqları sahəsində təlim modulları hazırlamaq;
  • dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsi üçün  müvafiq sahədə təlimlər keçmək;
  • hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün müvafiq sahədə  təlimlər  keçmək;
  • müasir rəqəmsal texnoloji həll imkanlardan istifadə etməklə müvafiq sahədə distant təlimlər keçmək;
  • dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək;
  • təlim tələbatının öyrənilməsi  istiqamətində təkliflər hazırlanmasında iştirak etmək;
  • dinləyicilərin təlim materialları (dərs vəsaitləri, kurs materialları, metodiki göstərişlər, mühazirələr, praktikumlar) ilə təmin edilməsində iştirak etmək;
  • hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmək, bu məqsədlə materiallar hazırlamaq;
  • qanun layihələrinin insan haqları prizmasından ekspertizasının keçirilməsində  və rəy hazırlanmasında iştirak etmək;
  • beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının müvafiq hüquq və qanunvericilik sahələri üzrə, xüsusən də Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq arayışlar hazırlamaq;
  • müvafiq hüquq sahələri üzrə hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların tənzimləyici təsirinin qiymətləndirilməsinə dəstək vermək;
  • şöbəyə daxil olan müraciətlərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq.

Namizədə olan tələblər: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 3 ildən az olmayan əmək stajı və 3 ildən az olmayaraq müvafiq sahədə təlim keçmə.

Dil bilikləri: Azərbaycan dili (ingilis dili B 2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır);

Kompüter biliklərinə dair tələblər:

  • MS Office proqramlarından istifadə - yaxşı səviyyə;
  • İnternetdən istifadə - yaxşı səviyyə;
  • Microsoft Office PowerPoint proqramı ilə slayd hazırlamaq.

Şəxsi xüsusiyyətlər:

  • hüquq sahəsində təlim keçmə bacarığı;
  • məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
  • yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
  • təşəbbüskarlıq;
  • zamanı effektiv idarəetmə bacarığı.

 Digər məlumatlar:

Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 08 sentyabr 2023-cü il (saat 15:00-dək) tarixinədək [email protected] email-nə göndərilməlidir.