Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk, təxminən bir il əvvəl başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində 8 min 6 mülki vətəndaşın həyatını itirdiyini, 13 min 287 nəfərin isə yaralandığını açıqlayıb.
QHT.az xəbər verir ki, Türk yazılı açıqlamasında 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
Müharibədə 8 min 6 mülki vətəndaşın həyatını itirdiyini, 13 min 287 nəfərin isə yaralandığını bildirən Türk, daha əvvəl də Ukraynanın şərqindəki qarşıdurmalar nəticəsində çoxlu sayda insanın həyatını itirdiyini xatırladıb.
Türk, "Bu gün açıqladığımız bu rəqəmlər Rusiyanın keçən il fevralın 24-də silahlı hücumlarının başlamasından bu yana insanların yaşadığı itki və iztirabları ortaya qoyur" dedi.
2022-ci ilin dekabrında Ukraynaya səfər edəndə ağrının yerində olduğunu gördüm.
Bizim məlumatlarımız aysberqin görünən hissəsidir”.
Mülkilərin dözülməz bir bədəl ödədiyinə diqqət çəkən Türk, soyuq qış aylarında elektrik və suyun kəsilməsinin yaşandığını qeyd edib.
“Sülhə gedən yolu tapmaq getdikcə çətinləşir”
Ukraynada təqribən 18 milyon insanın humanitar dəstəyə ehtiyacı olduğunu vurğulayan Türk, təxminən 14 milyon insanın öz ev-eşiyindən didərgin düşdüyünü bildirib.
Ukraynada hər gün beynəlxalq insan haqları və beynəlxalq hüququn pozulması hallarının olduğunu qeyd edən Türk, “Hər gün Ukraynada beynəlxalq hüquq normaları pozulur.
“Əzab və dağıntıların günü-gündən artması ilə sülhə gedən yolu tapmaq getdikcə çətinləşir”. ifadəsini işlətdi.












