Rusiyanın Kursk vilayətində səngərdə baş verən yanğında 6 əsgərin həlak olduğu bildirilib.

QHT.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Kursk vilayətində səngərdə yanğın baş verib. Rusiya Qərb Hərbi Dairəsinin 6 əsgəri yanğında həyatını itirib.

Bildirilib ki, yanğın yanar materiallardan istifadə qaydalarının pozulması səbəbindən baş verib.