Avropa İttifaqının (Aİ) Kahramanmaraşda baş verən iki zəlzələdən zərər çəkənlər üçün Brüsseldə təşkil etməyi planlaşdırdığı beynəlxalq donorlar konfransının martın 16-da keçirilməsi qərara alınıb.
QHT.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası və İsveçin müvəqqəti sədrinin təşəbbüsü ilə keçiriləcək konfransın məqsədi donorların töhfələrini koordinasiya etmək və Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrində erkən bərpa və yardım səylərini dəstəkləmək üçün vəsait toplamaq olacaq.












