Pakistanın Pəncab əyalətində sərnişin avtobusunun xəndəyə düşərək aşması nəticəsində 12 nəfər ölüb, 54 nəfər yaralanıb.
Qəza Pəncab əyalətinin Çakval rayonunun Kallar Kahar şəhəri yaxınlığında baş verib.
QHT.az xəbər verir ki, əyləc nasazlığı nəticəsində qarşı hərəkət zolağına çıxaraq 3 avtomobili vuraraq idarəetməni itirən sərnişin avtobusu xəndəyə düşüb və takla atıb.
Qəzada 12 nəfər həyatını itirib, 54 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.












