Televiziya kanallarında mövcud olan Muxtar Respublikaların gələcək taleyi ilə bağlı maraqlı müzakirələr aparılıb.

QHT.az xəbər verir ki, regionun, dünyanın siyasi gündəmini diqqətlə izləyən və aktual məsələləri hər zaman gündəmə gətirən bu televiziya kanalı Rusiyanın tərkibində yaşayan xalqların kifayət qədər problemləri olduğunu, təbii resurslarına görə, çox zəngin ərazilərdə yaşayan bu xalqların güzəranının yaxşı olmadığı bir daha bəlli olub.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az- a açıqlamasında bildirib ki, Buryatiya Respublikasının nümayəndəsi Rusiya ərazisindəki bütün muxtar respublikaların müstəqil dövlət qurmaq üçün çox dəqiq və aydın planlarının olduğunu detalllı şəkildə izah edib: “Rusiya öz ərazisində olan bütün muxtar respublikarın, nəhəng Tatarısanın hüquqlarını məhdudlaşdırıb. Hətta Tatarısatının prezidentlik institutunu ləğv edərək adı çəkilən muxtar respublikanın rəhbərini rəis adlandırıb. Muxtar Respublikalar yaranmış tarixi şəraitdən istifadə edib öz gələcəklərini müəyyən edəcəyi şübhəsizdir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur. Biz bu proseslərə ən azından hazırlıqlı olmalıyıq”.

 

Pərvanə Fərhadqızı