BMT-nin İnsan Hüquqları Ali Komisarlığının Cenevrə şəhərindəki qərargahında Azərbaycan Dövlətinin və QHT-lərin hesabatlarının təqdimatları olunur.

QHT.az xəbər verir ki, 11-14 mart tarixlərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının Cenevrə qərərgahında  BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensi üzrə 30 sessiyası keçirilir.

Sessiyada müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Azərbaycan Əlil Təşkilatları İttifaqı üç nümayəndə ilə təmsil olunur. Mart ayının 11-də keçirilən brifiqində Əlill Təşkilatları İttifaqının hazırladığı alternativ hesabatının təqdimatı olub.

Təqdimatı Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli və "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova edib. Vüqar Məmmədov isə tərcüməçi qismində iştirak edir. Təqdimatdan sonra komitə üzvlərini maraqlandıran suallar cavablandırılıb.