Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasından sonra BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək, Ukrayna böhranının danışıqlar yolu ilə həllinə çağırıb.
Ukrayna böhranının inkişafı dəfələrlə nümayiş etdirdi ki, münaqişə və qarşıdurma qalib gətirmir, dialoq və danışıqlar böhrandan yeganə real çıxış yoludur və döyüş meydanına silah tədarükü sülhün əldə olunmasına kömək etmir, çinli diplomat qeyd edib.
“Çin bütün maraqlı tərəfləri birbaşa təmasları və dialoqu aktivləşdirməyə və konsensusa nail olmaq üçün tədricən danışıqları bərpa etməyə çağırır”, - deyə o bildirib.
Pərvanə Fəhadqızı












