Cənubi Koreyada hakim Xalq Gücü Partiyasından olan millət vəkili Bae Hyun-jin küçədə bir nəfərin hücumuna məruz qalıb. Başından daşla xəsarət alan deputat xəstəxanaya çatdırılıb. Baenin huşunun yerində olduğu və həyatının təhlükədə olmadığı açıqlanıb.

QHT.az xəbər verir, Cənubi Koreyada daha bir siyasətçiyə hücum edilib. Paytaxt Seulun Qanqnam rayonunda naməlum şəxs hakim Xalq Gücü Partiyasından olan parlament üzvü Bae Hyun-cin-ə hücum edib . Bae komandasının verdiyi açıqlamada həmin şəxsin hücumdan əvvəl millət vəkilinə yaxınlaşaraq "Siz millət vəkili Bae Hyun-jinsiniz?" xahiş edib və yumruq boyda daşla başının arxasına vurduğu bildirilib. Hücum nəticəsində başından qan axan millət vəkilinin xəstəxanaya aparıldığı, təcavüzkarın isə hadisə yerində saxlanıldığı bildirilib. Baenin huşunun yerində olduğu və həyatının təhlükədə olmadığı açıqlanıb.
Hücum edən şəxsin polisə verdiyi ifadəsində 15 yaşında olduğunu dediyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Partiyanın sözçüsü Jung Hee-yong verdiyi açıqlamada hücuma görə təəssüfləndiyini bildirib və "Cinayətkar haqqında hərtərəfli istintaqın başlanmasını tələb edirik" dedi.

 

MÜXALİFƏT LİDERİNƏ BICAQ İLƏ HÜCUM OLUNDU

Ana müxalifət partiyası olan Demokratik Partiyasının lideri Li Jae-Myonq yanvarın 2-də Busan şəhərinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən boynundan bıçaqlanıb. Hücumu Linin prezident olmasına mane olmaq üçün törətdiyini bildirən 67 yaşlı kişi məhkəmə qərarı ilə həbs edilib. Li yanvarın 10-da əməliyyat olunduğu Seul Milli Universitet Xəstəxanasından evə buraxılıb.
Millət vəkilinə hücumla bağlı açıqlama verən Li, "Heç bir siyasi terror aktı yüngül qəbul edilməməlidir. Bu hadisələrə hərtərəfli və qətiyyətlə cavab verməliyik" dedi.

 

Pərvanə Fərhadqızı