Tehranda Qandi adına xəstəxanada güclü yanğın baş verib.
QHT.az xəbər verir ki, İranın paytaxtı Tehranda Qandi xəstəxanasında güclü yanğın baş verib, yanğınsöndürənlər alovun qarşısını ala biliblər. Xəstələr və işçilər xəstəxanadan təxliyə edilib.
İlkin məlumata görə, itki yoxdur.












