İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda can itkisi 25 min 900-ə yüksəlib. Yaralananların sayının 64 min 110-a yüksəldiyi bildirilib.
QHT.az xəbər verir ki, İsrailin Qəzza zolağında hücumları 111 gündür davam edərkən, can itkisi 26 minə yaxınlaşıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin hücumlarında həyatını itirənlərin sayının 25 min 900-ə, yaralıların sayının isə 64 min 110-a yüksəldiyi bildirilib.
İsrailin Xan Yunisdəki xəstəxanaları mühasirəyə aldığı, həmçinin təcili yardım maşınlarının hərəkətinə mane olduğu bildirilib. Bəyanatda 7 min yaralı və xəstənin təcili müalicə üçün bölgədən çıxarılması tələb edilib.
Pərvanə Fərhadqızı












