Azotun boğulması ilə dünyada ilk edam bu gün ABŞ-da həyata keçiriləcək.
QHT.az xəbər verir ki, Alabama səlahiyyətliləri 1988-ci ildə törətdiyi qətldə günahkar bilinən Kennet Smitə qarşı yeni üsul sınayır. Tənqidçilər azotdan istifadənin çox sərt edam üsulu olduğunu deyirlər. BMT sınanmamış metodun işgəncəyə bərabər ola biləcəyini bildirib.












