İsrail hökuməti Qəzza sərhədinə qayıdacaq köçkünlərə maliyyə dəstəyi verəcək. Qəzza zolağından 4-7 kilometr məsafədə evləri olanlar geri qayıdarsa, onlara böyüklər üçün gündəlik 54 dollar, uşaqlar üçün isə 27 dollar ödəniləcək.
QHT.az xəbər verir ki, İsrail hökuməti Qəzza zolağının sərhədindəki yəhudi yaşayış məntəqələrinə qayıtmağa razı olanlara maliyyə dəstəyi verməyi planlaşdırır. Müdafiə Nazirliyi Qəzza zolağından 4-7 kilometr aralıda evləri olanların elan edilən tarixdən əvvəl geri dönmələri halında maddi dəstək almaq üçün geri qaytarılmasını dəstəkləyir.
Xəbərdə 3 uşaqlı bir ailənin Qəzza sərhədi yaxınlığındakı evlərinə qayıtmağa qərar verərsə, ayda 21 min şekel (təxminən 5 min 600 dollar) ala biləcəkləri bildirilib.
Pərvanə Fərhadqızı












