Qvineya prezidenti Mamady Doumbouya dekabrın 18-də paytaxt Konakridə baş verən və 18 nəfərin öldüyü, 200 nəfərin yaralandığı partlayışdan sonra 3 günlük milli matəm elan edildiyini açıqlayıb.
QHT.az xəbər verir ki, hadisədən sonra paytaxtda təhsil bir neçə günlük dayandırılıb, dövlət və özəl sektor əməkdaşları evdə qalmağa çağırılıb. Seneqal və Mali yanğınsöndürmə və axtarış-xilasetmə işlərinə kömək etmək üçün ölkəyə qruplar göndərib.
Pərvanə Fərhadqızı












