BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci Tərəflər Konfransı – COP31 bu ilin noyabrında Türkiyənin Antalya şəhərində keçiriləcək. Bu dəfə böyük və yekun razılaşmanın əldə olunması gözlənilmir. Əsas müzakirələrin iqlim maliyyələşməsi və əvvəlki qərarların həyata keçirilməsi ətrafında aparılması planlaşdırılır.

QHT.az xarici mediaya istinadən bildirir ki, COP-lar hər il ölkələri qlobal istiləşmə və emissiyaların azaldılması ilə bağlı razılaşmalar əldə etmək üçün bir araya gətirir. Lakin zamanla bu tədbirlər investisiya, biznes və beynəlxalq əməkdaşlıq platformasına da çevrilib.

Braziliyada keçirilən COP30-dan sonra COP prosesinin gələcəyi ilə bağlı suallar artıb. Bir çox COP-dan fərqli olaraq, COP31-in qarşısında konkret və böyük bir vəzifə, məsələn, yeni maliyyə hədəfinin müəyyənləşdirilməsi yoxdur.

COP31-in digər xüsusiyyəti isə tədbirin Türkiyə və Avstraliyanın birgə ev sahibliyi ilə keçirilməsidir. Bu model böyük və mürəkkəb danışıqların koordinasiyasını çətinləşdirə bilər.

Beləliklə, COP31 yalnız iqlim məsələlərinin müzakirə ediləcəyi toplantı deyil, həm də COP prosesinin gələcəyi üçün mühüm sınaq hesab olunur.