İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, pensiya təyinatlarında proaktiv yanaşmaların ölkəmizdə geniş tətbiqi idarəetmə qərarlarının operativliyinə və şəffaflığa müsbət təsir göstərir:
Professorun sözlərinə görə, eyni zamanda, bu yanaşmalar pensiyaçılarımızın vaxt itkisinin qarşısını xeyli dərəcədə alır və onların göstərilən sosial xidmətlərdən məmnunluq səviyyəsinə birbaşa müsbət təsir göstərir ki, bu da sözsüz ki, müsbət dəyərləndirilməlidir:
"Düşünürəm ki, ümumiyyətlə, sosial müdafiə sisteminin təkmilləşdirilməsi baxımından proaktiv yanaşmaların tətbiqi ölkəmizdə məqbul olar və bu təcrübə geniş şəkildə tətbiq edilməlidir. O ki qaldı bunun büdcə xərclərinin formalaşmasına və reallaşdırılmasına təsirinə, sözsüz ki, bu da müsbət qiymətləndirilməlidir. Belə ki, bu, büdcə prosesinin xərclərinin çevik və operativ şəkildə həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, burada şəffaflıqla bağlı da müsbət nəticələr əldə olunur ki, bunlar büdcə prosesinin şəffaflığına və effektivliyinə birbaşa müsbət təsir göstərir. Ona görə də, zənnimcə, bu proaktiv yanaşmaları geniş şəkildə yaymaq və prosesin ümumiyyətlə genişləndirilməsini təmin etmək məqsədəuyğundur".
Pərvanə Fərhadqızı












