Filippin səmalarında uçan şəffaf quruluşa malik sirli təyyarə sosial şəbəkə istifadəçisi tərəfindən mobil telefonla görüntülənib.

 

QHT.az xəbər verir ki, daha əvvəl görülənlərdən fərqli olaraq şəffaf bir quruluşa sahib olan bu təyyarə, fotoşəkildə parlayan seqmentlərlə döyüş təyyarəsini də xatırladır.

 

Sosial mediada böyük müzakirələrə səbəb olan təyyarənin nə olduğu tezliklə üzə çıxıb. Lakin ortaya çıxan həqiqət ikinci mübahisəyə səbəb oldu.

  

Görüntüləri araşdıran mütəxəssislərin ilk açıqlamaları, fotoşəkildə görünən təyyarənin Çinin aid "Yuanmeng" adlı dirijabl olmasıdır. 

 

Qeyd edək ki, 18 min kubmetr heliumla doldurulmuş dirijabl 48 saat havada qala bilir.