ngiltərənin Qatvik hava limanında Qambiyadan uçan təyyarənin şassəsində kişi cəsədi tapılıb.
QHT.az xəbər verir ki, dekabrın 7-də İngiltərədə Qambiyanın paytaxtı Banjuldan yola düşən Sassiksdəki Gatwick hava limanına enən təyyarənin eniş şassisində kişi cəsədi tapıldığı açıqlanıb.
Gatwick Hava Limanı rəsmisi, "Bu, çox kədərli bir xəbərdir. Həyatını itirən şəxsin ailəsinə və yaxınlarına başsağlığı veririk" dedi. Sassiks polisi hadisə ilə bağlı araşdırma başlandığını və məsələ ilə bağlı hesabat hazırlanacağını bildirib.
Qambiya hökumətinin sözçüsü hadisədən sonra etdiyi çıxışında həmin şəxsin naməlum kişi olduğunu bildirib.
Qeyd edək ki, oxşar şəkildə 2007-ci ildə Los-Ancelesdə "British Airways"-ə məxsus təyyarənin eniş şassisində kişi cəsədi, 2012-ci ilin avqustunda isə Hitrouda bir təyyarənin alt hissəsinə başqa bir cəsəd tapılmışdı.












