2022-ci il Dünya Çempionatının qalibi olan Argentina Milli Komandası dünən kapitan Messinin rəhbərliyi altında paytaxt Buenos-Ayresdə keçirilən final oyunundan bəri onları gözləyən milyonlarla azarkeşlə görüşüb. 

QHT.az xəbər verir ki, komanda avtobusu ilə şəhər turu edən və mərkəzdəki meydana getməsi planlaşdırılan Milli Komanda təhlükəsizlik zəifliyi səbəbindən helikopterlə federasiya şəhərciyinə aparılıb. Bu xəbər eşidiləndən sonra iğtişaş yaranıb və polis hadisələrə müdaxilə edib. Hadisələrdən sonra 1 nəfərin öldüyü, 1-i uşaq olmaqla 5 nəfərin reanimasiyaya aparıldığı açıqlanıb.

 

Qeyd edək ki, Qətərdə keçirilən 2022 Dünya Kubokunu finalda Fransaya qalib gələrək qazanan Argentina Milli Komandası dünən gecə saatlarında paytaxt Buenos Ayresə çatmışdı.

Hava limanından üstü açıq avtobusla çıxan və minlərlə azarkeşi qarşılayan argentinalı futbolçuların ardınca qısa şəhər turu keçirilib.