Bu il dünyanın 114 ölkəsində HAMI ÜÇÜN BƏRABƏR ƏLÇATANLIQ VƏ QANIN MÜXTƏLİF LAXTALANMA POZĞUNLUQLARININ AŞKARLANMASI şüarı ilə 17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş müxtəlif tədbirlər keçiriləcək.
QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. O. qeyd edib ki, məqsəd, PasiYent təşkilatları ilə Dövlət qurumlarının bir araya gələrək qanın laxtalanma pozğunluğundan əziyyət çəkən müxtəlif diaqnozlu insanların müalicəsini yaxşılaşdırmaq, həyat keyfiyyətini yüksəltməkdir.












