"Azərbaycanda pul bazası son üç ayda yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, mart ayının ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 140 milyon manat azalaraq 20 milyard 131 milyon manata düşüb".
QHT.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov məliumat verib. Onun sözlərinə görə, iki aylıq azalmalara rəğmən ümumi pul bazası əvvəlki ilin uyğun dövrünə nisbətən artıb: "İli 20 milyard 875 milyon manatla başa vuran pul bazası yanvar ayının sonunda 20 milyard 271 milyona düşüb. Yəni, son 3 ayda pul bazasında hər ay əvvəlki aya nisbətən azalma qeydə alınıb".












