Dünyanın ən uzun çay sistemi Nil – Ağ Nil – Kagera – Nyabaronqo – Mvoqo – Rukararadır. 11 Afrika ölkəsindən keçir və 6650 kilometr uzanır. Nəhayət, çay sistemi Aralıq dənizinə axır.
QHT.az xəbər verir ki, ikinci yerdə Cənubi Amerikada yerləşən çay sistemi olub. Amazon–Ucayali–Tambo–Ene–Mantaro çayıdır. Yeddi ölkədən 6400 kilometr uzanır. Üçüncü yerdə Çində yerləşən və Şərqi Çin dənizinə axan Yantszı-Jinşa-Tuntyan-Danqyu çay sistemi dayanıb. Onun uzunluğu 6300 kilometrdir.
Yenisey-Anqara-Selenqa-İder çay sistemi demək olar ki, tamamilə Rusiyada, kiçik bir hissəsi Monqolustanda yerləşir. 5539 kilometr uzanır və Qara dənizə tökülür.
R.İmanov












