NASA-nın Perseverance roveri Jezero kraterində həyat üçün əlverişli şəraitin ola biləcəyini göstərən yeni dəlillər aşkarlayıb.
QHT.az xəbər verir ki, alimlər üç mərhələli su fəaliyyətini qeydə alıblar ki, sonuncu mərhələ mikrobların yaşaması üçün ən uyğun hesab olunur. “Çeyava Falls” ərazisində aşkarlanan strukturlar potensial biosignatur kimi qiymətləndirilsə də, onların bioloji yoxsa qeyri-bioloji mənşəli olması hələ dəqiq deyil.
Rover artıq 27 nümunə toplayıb. Onların Yerə gətirilməsi Marsda həyatın olub-olmamasına aydınlıq gətirəcək.
R.İmanov












