"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında əczaçılıq təhsilinin gücləndirilməsinin və gənc peşəkarlara şərait yaradılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, ölkədə əczaçılıq sahəsində inkişaf etmək və yeni dərmanlar yaratmaq üçün bilikli və səriştəli gənclərə ehtiyac var:

“Əczaçılıq çox şərəfli sahədir və bu sahədə çalışan bütün peşəkarları təbrik edirəm. Gələcəkdə gənclərimiz üçün daha çox imkanlar yaradılmalıdır ki, yeni dərmanlar hazırlansın və çağırılmayan xəstəliklərə həll tapılsın.”

Sonda Çingiz Ramazanlı ümumilikdə əczaçılıqda peşəkarlığın, təhsilin və düzgün idarəetmənin əhəmiyyətini xüsusi vurğulayıb.

 

Pərvanə Fərhadqızı