“Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin əsas məqsədi vətəndaşlarımızın sosial rifahını qaldırmaq üçün sosial məsələlərin həllində yaxından iştirak etməkdir. Təşkilatımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlaqələrin qurulması və vətəndaşların problemlərinin həll olunmasında əməkdaşlığı daha çoxdur. Müəyyən dövlət qurumları var ki, məsələn Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə qadınların sosial durumunun yüksəldilməsi üçün həm sosial, həm də hüquqi problemlərin həllində iştirak edirik. Uşaqların bu gün istər səhiyyə, istərsə də təhsildə problemlərinin aradan qaldırılmasına kömək edirik”.

Bu sözləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, şəhər və regionlarda olan şöbələrimizə ünvanlı sosial yardımla, pensiya ilə, əlilliklə bağlı müraciətlər olur: “Əlillik almaq proseslərində müəyyən problemlər yaranır. Biz maarifləndirmə işləri aparırıq. Qanunvericilikdə olan əhalinin bilmədiyi hansı maddələr, yeniliklər varsa xəbərləri olmur, çalışdığımız qədər maarifləndirmə işləri ilə məğul oluruq. Çünki bilmirlər hansı qanunvericilikdə, hansı dəyişikliklər olub. Eyni zamanda əhali bəzən əlilliyin təyin olunmasında sənədlərin düzgün doldurulmamasında da problemlərlə üzləşirlər. Əlilliyin təyin olunan ekspertizası var, elə düşünürlər ki onlara qarşı qərəzlik var. Səhiyyə Nazirliyi ilə də müəyyən işlərin aparılması planlaşdırılır. Sosial rifahın yaxşılaşdırılması üçün dövlətin yetərincə qanunları var. Qanunların yerinə yetirilməsində hər iki tərəf iştirak etməlidir. Bu dövlət məmuru tərəfindən, eyni zamanda vətəndaş bilməlidir ki, ona qərəzlik deyil, qanunvericilikdə olan bir tələbdir”.

 

Pərvanə Fərhadqızı