Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs İctimai Birliyi tərəfindən Şabran rayonunda “Sağlam həyat naminə ekoloji təmiz qida məhsullarından istifadənin təbliği” mövzusunda maarifləndirici təbliğat və təşviqat işlərinin təşkili layihəsinin icrası davam edir.

Birlikdən QHT.az- a verilən məlumata görə, layihə çərçivəsində şəhərin Heydər Əliyev prospektində lövhə - panno quraşdırılıb. Layihənin icra Heyəti layihənin motivləri əsasında hazırlanan, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən məlumat lövhəsində ekoloji təmiz qida məhsullarından  istifadənin  əhəmiyyəti və bu məhsulların istehsalı üçün Şabran rayonunda əlverişli şəraitin olması əks olunub. Həmçinin ekoloji təmiz kənd təsərrüfatnın inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə lazımi imkanların olması barədə sözlər əks olunub.

 

Pərvanə Fərhadqızı