Hamai Fondu və Liberti Universitetinin tədqiqatçıları Ekvadorun şimal-qərbindəki tropik meşələrə endemik olan yeni növ qəhvə ilanını aşkar ediblər.

QHT.az xəbər verir ki, bioloq Alejandro Arteaqa bu növü ilk dəfə Ekvador Sürünənləri Ensiklopediyasına daxil etmək üçün heyvanları axtararkən Ekvadorun Piçinça əyalətində tapıb. Digər qəhvə ilanları kimi qəhvə plantasiyalarında yaşayır və ən çox tropik və ya subtropik dağ həmişəyaşıl meşələrdə tapılır.

 

Pərvanə Fərhadqızı