Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Nauru və Serbiya ən çox siqaret çəkən ölkələr kimi tanınıb.

QHT.az xəbər verir ki, ÜST-ün hesabatına görə, Rusiyanın 15 yaşdan yuxarı hər dördüncü sakini (26,7%) siqaret çəkir. Qeyd olunur ki, ötən illə (27,4%) müqayisədə bu göstərici azalıb. 2025-ci ilə qədər Rusiyada siqaret çəkənlərin sayının 26,5%-ə, 2030-cu ilə qədər isə 25,6%-ə qədər azalacağı proqnozlaşdırılır.

Statistikalar da göstərir ki, Rusiyada kişilər qadınlara nisbətən bu asılılığa daha çox həssasdırlar.

Ən aktiv siqaret istehlakçıları reytinqində ilk üç yeri Nauru, Serbiya və İndoneziya sakinləri tutur. Macarıstan 17-ci yer və Yunanıstandır 18-ci yerdədir. Bu ölkələrdə 15 yaşdan yuxarı əhalinin müvafiq olaraq 27,3%-i və 26,9%-i siqaret çəkir. Ukrayna 44-cü (20,8%), Belarus isə 36-cı (22,4%) yerdədir.

 

 

Pərvanə Fərhadqızı