Hər il dekabrın 1-i dünyada Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Günü kimi qeyd edilir.
QHT.az xəbər verir ki, Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud mövzu ilə bağlı açıqlamasında gənclərin düzgün məlumatlandırılmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, yeniyetmə və gənclərin QİÇS, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə ardıcıl şəkildə məlumatlandırılması vacibdir.
"Şagird və tələbələrin təhsilə, elmə və idmana marağının artırılması, həmçinin sağlam məşğulluq mühitinin gücləndirilməsi QİÇS və narkomaniya risklərinin azaldılmasına mühüm töhfə verir. QİÇS və narkomaniyanın qarşısının alınması üçün mütəmadi profilaktik işlərin aparılması, maarifləndirici tədbirlərin təşkil edilməsi vacibdir."
Pərvanə Fərhadqızı












