İndoneziyanın mərkəzi hissəsindəki Şərqi Yava əyalətində Semeru dağının üç püskürməsi qeydə alınıb.

QHT.az xəbər verir ki, kül vulkanın kraterindən 900 metr yüksəkliyə və ya dəniz səviyyəsindən 4576 metr yüksəkliyə çatıb. Kül cənub-qərb istiqamətində sürətlə yayılır. Respublika Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi vulkanın qaynar süxurları atması təhlükəsi ilə əlaqədar rayon sakinlərinə diqqətli olmağı və kraterdən 5 kilometr radiusda olmamağı tövsiyə edib.

Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanıdır (dəniz səviyyəsindən 3676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir. Dünyanın ən böyük arxipelaqı olan İndoneziya arxipelaqı 18.000 adadan ibarətdir və Sakit Okeanın "Od halqası" adlanan hissəsində yerləşir və bu bölgəni intensiv seysmik fəaliyyətə meylli edir. İndoneziyada 500-dən çox vulkan var, onlardan təxminən 130-u aktivdir.
 
R.İmanov