Qubada Qərbi Azərbaycan İcmasının nümayəndəliyinin açılışı çərçivəsində mövzuya dair sənəd, xəritə və kitabların yer aldığı mərkəz ictimaiyyətə təqdim olunub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yeni regional reallıqlar fonunda Qərbi Azərbaycana qayıdış ideyasının ümid deyil, artıq əminliklə ifadə olunduğunu bildirib.

İcma sədri, millət vəkili Əziz Ələkbərli nümayəndəliyin deportasiya günləri ilə üst-üstə düşən tarixdə açılmasının xüsusi məna daşıdığını vurğulayıb və Qayıdış prosesinin dövlət prioriteti olduğunu qeyd edib.

Çıxışçılar yeni ofisin bölgədə təşkilatlanma, maarifləndirmə və mədəni irsin qorunması baxımından mühüm rol oynayacağını deyiblər. Nümayəndəlik Qayıdış Konsepsiyasının yerli səviyyədə icrasına geniş imkanlar yaradacağı gözlənilir.