Laçın rayonunun Ermənistan işğalından azad edilməsinin ildönümü qeyd olunur.
"1992-ci ildə işğal edilən rayon 2020-ci il 1 dekabr tarixində Azərbaycana təhvil verilib. İşğal dövründə Laçına 8 milyard dollardan çox ziyan dəyib və şəhərin azad olunması ölkəmizin müasir tarixində strateji dönüş nöqtəsi sayılır. Azad edilmiş ərazilərdə sürətli bərpa və məskunlaşma prosesi aparılır və hazırda 62 mindən çox sakin Qarabağ və Şərqi Zəngəzurda yaşayır".
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Laçın iqtisadi, agro-sənaye və turizm baxımından yüksək potensiala malik olmaqla, təbii ehtiyatları ilə seçilir və bölgədə emal sənayesinin inkişafı üçün geniş imkanlar yaradır:
"Bu gün rayon yeni inkişaf mərhələsinə qədəm qoyaraq Azərbaycanın iqtisadiyyatına aktiv şəkildə reinteqrasiya olunur".












