“Ənənəvi olaraq ilin sonunda dollara tələbatın artması müşahidə olunur. Bu da biznes subyektlərinin xeyli dərəcədə öhdəliklərinin məhz dollarla ifadə olunması ilə bağlıdır. İlin sonunda həmin öhdəliklərin ödənilməsi üçün dollara təlabatın artması müşahidə olunur. Çünki həmin biznes qurumları dollarla öz ödənişlərini həyata keçirirlər”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, fiziki şəxslərin xaricə səfərləri intensivləşir, bayramı xaricdə keçirməklə bağlı olan meyillər, məqsədlər xaricdə də valyutalar sırasında dollara təlabatın olması əhalinin bir hissəsi dollar alaraq xaricə səfər edir, bu da dollara təlabatın artması şərtləndirir: “Bütövlükdə pul kütləsinin artması dollara da təlabatı artırır. Bu da bir ənənədir ki, əhalinin əlində vəsaitin çoxalması dollara təlabatı artırır. Çünki əhalinin bir hissəsi öz resurslarını məhz dollarla saxlamaq istəyir. Hesab edirəm ki, aidiyyəti qurumlar cari xərclər üçün dollar satışına məhdudiyyət qoymamalıdır. Söhbət kapitalın çıxarışından gedirsə, məhdudiyyətlər olmalıdır. Azərbaycana daxil olan dollar kütləsinin xaric olan dollar kütləsindən xeyli dərəcədə çox olması milli valyutamızın məzənnəsi ilə bağlı hər hansı təhlükənin yaxın günlərdə olmamasını göstərir. Bizim ixracımız idxalı xeyli dərəcədə üstələyir. Ölkədən sürətli kapital qaçışı kimi amillər mütləq məhdudlaşdırılmalı, müvafiq qaydada bloklanmalar olmalıdır. Çünki əldə olunan pul kütləsinin məhz dollara istiqamətlənməsini məhdudlaşdırılmasa, ölkəyə nə qədər çox dollar gəlsə, yenə də sabitliyin qorunması çətin olacaq”.
Üzən məzənnə rejiminə gəlincə, Elşad Məmmədov bildirib ki, bu bazar tərəfindən, tam şəkildə liberal, valyuta məzənnəsinin formalaşması rejimidir. “Üzən məzənnənin dünyada tətbiqi Azərbaycanda məqsədəuyğun deyil və Mərkəzi bankın faktiki olaraq üzən məzənnə tətbiq etməməsi zənnimcə düz yanaşmadır və bunu alqışlayıram”.
Pərvanə Fərhadqızı












