“Yaranmasına ehtiyacın olduğu dövürdə, eşitmə məhdudiyyətli şəxslər üçün yaradılan ilk təşkilatlardan biri bu təşkilat olub. Təşkilatımız 2012- ci ildə yaranıb, 2016-cı ildən Dövlət qeydiyyatına alınaraq bu günə kimi fəaliyyət göstərir. Məqsəd eşitmə və nitq məhdudiyyətli uşaq və onların valideynlərini bir araya gətirmək olub”.

Bu sözləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az- a açıqlamasında bildirib. QHT sədri xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərini marifləndirmək, onlarla mütəmadi görüşlər keçirməklə, onların problemlərini dövlət qrumlarına çatdırmaqda onlara yardım etmək məqsədləri olduğunu da qeyd edib: “Eşitmə məhdudiyyətli şəxslərin vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif qrup şəklində məşqələlər, turlar, gəzintilər, sosial yönümlü layihələr, peşəyönümlü kurslar təşkil etmək də fəaliyyət istiqamətlərimizdəndir. Təşkilatımız Əlil Təşkilatlar İttifaqı və Vərəm Əleyhinə QHT Koalisiyasının üzvüdür”.

 

Pərvanə Fərhadqızı