“Mən nazir işləyəndə bir nəfər gəldi. 100 min dollar gətirmişdi. Dedi ki, həmin otağı mənə ver. Oradakı bütün müəssisələrin hamısı – ATS-lərdən başqa – nazirliyin yox, icra hakimiyyətlərinin balansındadır. Bu gün də belədir. Yəni oranı boşaltmaq o qədər də problem deyildi. Mən həmin adama dedim ki, bir də buraya gəlməyin. Mən onu niyə oradan çıxarım ki?! Məndən sonra hamısı satıldı. İndi mərkəzdə bir dənə danışıq məntəqəsi, bir dənə poçt qalmayıb”.

Bu sözləri keçmiş rabitə naziri Siruz Abbasbəyli "Künc-Bucaq TV" yə danışıb.