“Azərbaycan Respublikası demokratik  bir dövlətdir. Seçkilərində demokratik keçəcəyinə  inanıram. Bir vətəndaş olaraq bu seçkilərdə iştirak etmək mənim birbaşa borcumdur”.

Bu sözləri "Mələk" Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin sədri Ləman Rəfiyeva növbədənkənar prezident seçkiləri ilə bağlı  QHT.az- a açıqlamasında bildirib. QHT sədri qalibiyyəti bizə yaşadan prezidentimizə və bizim üçün canlarından keçən şəhidlərimizə və qazilərimizə öz minnətdarlığını bildirib: “Dövlətimizin daha da çiçəklənməsi və gələcəyinin işıqlı olması üçün bir vətəndaş kimi və QHT sədri olaraq əlimdən gələni etmişəm, edirəm və edəcəm”.

 

Pərvanə Fərhadqızı