Filippində yağan güclü yağış daşqınlara səbəb olub.

QHT.az xəbər verir ki, mülki müdafiə qruplarının verdiyi açıqlamada ölkənin cənub və şərq bölgələrində bir həftədir davam edən leysan yağışları nəticəsində 11 nəfərin öldüyü, 19 nəfərin itkin düşdüyü bildirilib.

 

Açıqlamada sel səbəbiylə 45 min 700 nəfərin təxliyə edildiyi də bildirilib. Qərbi Misamis əyalətində çayların daşması nəticəsində kəndləri və magistral yolları su basıb, elektrik xətləri sıradan çıxıb.

 

Daha sonra sahil təhlükəsizlik qruplarının seldə çarəsiz qalan onlarla adamı xilas etdi. Gingoog şəhərində isə sel sularının bel səviyyəsini aşdığı öyrənildi.

 

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.