Yaponiyanın paytaxtı Tokioda bir fabrikdə baş verən yanğında kilometrlərlə uzaqdan görülə bilən tüstü göyə yayılıb.

 

QHT.az xəbər verir ki, Sumide ərazisində zavodda baş verən yanğın qorxulu anlara səbəb olub.

 

Tokio Yanğından Mühafizə İdarəsindən əldə edilən məlumata görə, maye sabun və kosmetik məhsullar istehsal edən fabrikdə naməlum səbəbdən yanğın baş verib.

 

Bölgənin yaşayış məskəni olması səbəbindən yanğınsöndürənlər və polis qrupları ciddi təhlükəsizlik tədbirləri görərkən, 57 yanğınsöndürən maşını və onlarla şəxsi heyət alovlara müdaxilə edib.

 

Tüstünün kilometrlərlə uzaqdan belə göründüyü deyilib. Yanğın zamanı fabrikdə olan 13 nəfərdən 1-nin tüstüdən təsirləndiyi və xəstəxanaya aparıldığı öyrənilib.

 

Təxminən 3 saatlıq səydən sonra yanğının səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb və yanğın nəzarət altına alınıb.