Şimali Amerika hazırda çovğunla mübarizə aparır. Ölənlərin sayı 50 nəfərə çatıb. Ölənlərdən bəziləri avtomobilində və ya evində donaraq ölmüşdür.

ABŞ və Kanadaya təsir edən arktik soyuqlar və Elliot Blizzard səbəbiylə ən azı 48 nəfər ölüb. Buffalo, Nyu-York kimi yerlər ABŞ-da fırtınadan ən çox zərər çəkən bölgələr oldu. Eyni zamanda Kanadada isə avtobusun buz bağlayan yolda aşması nəticəsində 4 nəfər ölüb.

 

Güclü qar yağan bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib, avtomobillərin idarə olunmasına qadağa qoyulub. Bəzi ştatlarda elektrik şəbəkəsi operatorları maddi problem səbəbindən istifadəçiləri pula qənaət etməyə çağırıb. Ölkədə milyonlarla insan qar fırtınası səbəbindən evlərində qalıb, elektrik enerjisindən məhrum olub. Kanadadakı Böyük Göllərdən Meksika sərhədindəki Rio Qrandeyə qədər uzanan ölümcül çovğun ABŞ əhalisinin təxminən 60 faizinə mənfi təsir göstərib. Xüsusilə Ohayo, Nyu York, Kentukki, Tennessi və Kanzas ştatlarında həyat demək olar ki, tamamilə iflic olub.