Gülüş terapiyasının ürək, ağciyərlər, arteriyalar və damarlar da daxil olmaqla ürək-damar sisteminin funksional qabiliyyətini artıra biləcəyini Avropa Kardiologiya Cəmiyyətinin araşdırması göstərdi.

QHT.az xəbər verir ki, tədqiqatçılar gülüş terapiyası alan koroner ürək xəstəliyi olan xəstələrdə iltihabın azaldığını və sağlamlıq nəticələrinin yaxşılaşdığını tapdılar. Onlar müəyyən ediblər ki, gülüş terapiyası seansları xəstənin ürəyindəki toxumaların genişlənməsinə səbəb ola bilər və potensial olaraq bədəndə oksigen axınının artmasına səbəb ola bilər. Alimlər deyirlər ki, indiyədək koroner ürək xəstəliyi olan xəstələrdə müxtəlif dərmansız müalicə üsulları tədqiq edilib, lakin gülüş terapiyasının reabilitasiyasının faydaları tam qiymətləndirilməyib. Dünyada ən çox yayılmış xəstəliklərdən biri olan bu xəstəlik ürəyin tac damarlarının orqanizmi kifayət qədər qan, oksigen və qida ilə təmin etməkdə çətinlik çəkdiyi zaman baş verir.

Pedaqoq Aysel Rəsulzadə hər səhər güzgü qarşısında 5 dəqiqə gülümsəməyi hər kəsə məsləhət görür: “Çünki gülüş bizim orqanizmimizdə olan bir çox xeyirli elementləri fəallaşdırır. Gülüş həmçinin orqanizmi taraz hala qaytarır. Gülüş terapiyası bir çox xəstəliklərin müalicəsində müntəzəm istifadə olunur və məişət problemlərinə qarşı səmərəli bir dərmandır. 4 yaşlı uşaq gündə orta hesabla 500 dəfə gülürsə, böyük adam ən çoxu gündə 15 dəfə gülür. Gülmək vərdişini bərba edin, həyatınız daha canlı olsun".

Ümumdünya Səhiyyə Təşkilatı hipertoniya, ürək-damar xəstəliyi, serebrovaskulyar qəzalar, ürək çatışmazlığı və ürək qüsurları kimi ürək-damar xəstəliklərinin dünyada ölümün əsas səbəbi olduğunu və hər il milyonlarla insanın həyatına son qoyduğunu bildirib. 2030-cu ildə 23,5 milyon insanın bu xəstəliklərdən öləcəyi proqnozlaşdırılır. 

Üzünüzdən gülüş, canınızdan sağlıq əskik olmasın!!!

 

Pərvanə Fərhadqızı