Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin təşkilatçılığı ilə “Şabran rayonunda sağlam həyat naminə ekoloji təmiz qida məhsullarından istifadənin təbliği mövzusunda maarifləndirici təbliğat və təşviqat işlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbir rayonun Gəndov  kəndində keçirilib.

İctimai Birliyinin sədri, layihə rəhbəri Gülsənəm Əmrahova QHT.az –a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı icra olunur: “Tədbirdə Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rahib Siracov, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional bölməsinin Qida Təhlükəsizliyinə Nəzarət sektorunun böyük məsləhətçisi Yusif Bahəddinov, Gəndov bələdiyyəsinin sədri Nəcməddin İsmayılov,  Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə  nümayəndə müavini Rəşad Əmrahov, Quba Regional Təlim Mərkəzinin əməkdaşları  və kənd sakinləri iştirak ediblər. İştirakçılara bukletlər paylanılıb”.

Gülsənəm Əmrahova həmçinin qeyd edib ki, layihədə toxunulan problemin  mahiyyət etibarı ilə dövrümüzlə tam uyğunluq təşkil etməsi sakinlərin diqqətinə çatdırılıb,  əhalinin nəzəri  və marağı  təmiz qidalardan istifadəyə  yönəldilib,  ekoloji təmiz qida məhsullarına  sahib olmaqlarına əhəmiyyətli təsəvvürlər aşılamaqla, onların bu sahədə olan gündəlik qarşılaşdıqları narazılıqların həllini tapmasında  mühüm töhvə yaradılmasına  təşəbbüs irəli sürülüb.

Qeyd edək ki, əhali və xüsusilə pay torpaq mülkiyyətçiləri arasında ekoloji təmiz məhsulların istifadə edilməsinin vacibliyi qeyd olunmaqla, bu sahənin hərəkətverici qüvvəsi kimi  ailə kəndli təsərrüfatlarının rolunun artırılması, təmiz qida məhsullarına olan  təminatının təbliğ edilməsində təsəvvürlərin artırılması, ardıcıl və dayanıqlı istehsal mühitinin formalaşdırılması ilə bağlı müzakirələr aparılmışdır. Tədbir iştirakçılarına yaradılan şərait əsasında problemlərin müzakirəsi yerli dövlət qurumları nümayəndələri  ilə  birlikdə əlaqəli şəkildə aparılıb. 

    

 

 

Pərvanə Fərhadqızı