Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Dr. Hande Harmancının başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına 3 günlük səfər edir.
QHT.az xəbər verir ki, səfərin ilk günündə Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Muxtar Respublikanın səhiyyə naziri vəzifəsini icra edən Dr. Samiq Sadıxovla görüş zamanı isə ilkin səhiyyə, təcili tibbi yardım, laboratoriya, ictimai səhiyyə və tibb təhsili mövzuları ilə bağlı geniş müzakirələr aparılıb.
Nümayəndə heyəti həmçinin İlkin Səhiyyə Xidmətinə baş çəkib və orada yaradılan şəraitlə tanış olub.
Pərvanə Fərhadqızı












