Roma meriyası qədim Kolizey və onun ətrafındakı attraksionlar ərazisində çoxalmış siçovullarla mübarizə üçün "xüsusi müdaxilə"nin başladığını elan edib.

QHT.az xəbər verir ki, məlumata əsasən, burada gəmiricilər amfiteatra bitişik ərazidə zibil və bitki örtüyü arasında sərbəst hərəkət edir. Siçovullarla mübarizə aparmaq üçün tələlərin qurulur, zibillər çıxarılır, lyuklar təmizlənir və siçovul dəliklərinin aradan qaldırılır. Turist aktivliyinin artması və anomal istilər gəmiricilərin yayılmasına səbəb olub. İtaliya mətbuatının məlumatına görə, hazırda Romada təxminən yeddi milyon siçovul var. Kolizey arxeoloji parkının rəhbərliyi qeyd edib ki, gəmiricilər problemi heç bir halda qədim amfiteatrın daxili məkanlarına və binalarına aid deyil.

 

Pərvanə Fərhadqızı