“Velosiped sağlam həyat tərzidir. Əsas ürək-damar sistemini sağlam saxlayır. Ağciyərlərin fəaliyyətini yaxşılaşdırır, oksigeni bir nəfəsə daha çox götürə bilir. Təbii ki, idman növü kimi bütün əzələlər hərəkətdə olur”.
Bu sözləri velosiped idmanı üzrə məşqçi- müəllim Elçin Qəhramanov QHT.az-a açıqlamasında bildirib. Məşqçi -müəllim qeyd edib ki, ümumiyyətlə velosiped sürən insanlar tək idman yox, həm də həyatda motivasiya tapırlar: “Bizdə əsas 4 növ velosiped növü var: Şose (yol), trek (stadion), mtb (dağ) və bmx ( tramplinli stadoin). Velosiped sürmək yaşa baxmır, təki həvəs olsun. Velosiped bir çox xəstəliklərin qarşısını alır. Daimi təmiz havada idman etmək çox böyük üstünlükdü. Həm də elementar nəqliyyat vasitəsidir”.
Elçin Qəhramanov velosiped sürmək üçün ən əsəs harda istifadə olunacaqsa şəxsin boyuna və bədəninə görə seçimin, dəbilqə (kaska), dizdik, qolluq (qoruyucu) və işıqların (axşam vaxtı sürəndə, arxa və qabaq) lazım olduğunu vurğulayıb.
Pərvanə Fərhadqızı












