Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb.

QHT.az xəbər verir ki, memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi, eyni zamanda birgə layihələrin icra olunmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib.

Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xöşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.