Lex fortissimum - Ən güclünün hüququ (yaxud kim güclüdür o da haqlıdır prinsipi)
"Təbiətdə məsələ kifayət qədər aydındı. Hər hansı qaydalara da ehtiyac yoxdur. "kim güclüdürsə o da haqılıdır" Bu bütün növlər üçün keçərlidir. Hətta insanlarda da (Homo Sapens) belə olub. Sonradan cəmiyyət formalaşdıqca qaydalar müəyyən edilib. Kim güclüdür yox, ədalət kimin tərəfindədirsə o haqlıdır (güc onun tərəfindədir) prinsipini fikirləşiblər. Sonra dövlətlər yaranıb, dinlər yaranıb ədaləti təmin edən mexanizmlər yaradılıb və s. Amma bu zaman da qulların heç bir hüququ olmayıb. 1648-ci ildə Vestfal sülh müqaviləsi imzaladı və həmin müqavilə dövlətlərin öz ərazilərində mütləq suverenliyini qəbul etdi. Yəni dövlət daxilində nə baş verirdisə bu ölkənin öz daxili işi idi. 300 il keçəndən sonra BMT Baş Assambleyası "İnsan Hüquqlarının Universal Bəyannaməsini" qəbul etdi və belə alındı ki, hər kəsin insan hüquqları var və onların pozulması ölkənin daxili işi ola bilməz. Sonra yavaş-yavaş beynəlxalq müdafiə mexanizmləri yarandı".
QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri və hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, amma supergüclər insan hüquqlarının müdafiəsinı özündən zəif olan dövlətlərə qarşı təzyiq aləti kimi istifadə etməyə başladı. Sonradan bir dövlət o biri dövlətə müdaxilə edəndə bəhanələr tapırdı. İndi isə daha bəhanə tapmağa da ehiyac qalmır:
"Lap bu yaxınlarda Venesuela ilə bağlı baş verən kazusla bağlı geniş izahat verən olmadı. İzahata ehtiyac yoxdur. lex fortissimum tam bərəqərər olununmaqdadır. Bu yaxınlarda super dövlətlər bu termindən daha çox istifadə etməyə başlayıb".
Pərvanə Fərhadqızı












