"İlin sonuna kimi beynəlxalq təşkilatlarla birgə təlimlər, görüşlər və tədbirlər həyata keçirilmiş və nəticələr əldə olunmuşdur. Türkiyə Cümhuriyyəti yanında maliyyə ofisinin nümayəndələri Azərbaycana dəvət olunmuş, Mərkəzi Bank və İqtisadi İslahatların Kommunikasiyası Mərkəzində görüşlər keçirilmişdir. Nəticədə bir qrup Türkiyə iş adamının və investorlarının Azərbaycana gəlməsi qərara alınmışdır".
Bu fikri İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlığı, onların bu platformalarda təmsil olunması ölkəmizə marağın artırılması və investisiya cəlb edilməsi baxımından vacibdir. QHT-lər fəaliyyət sahələrinə uyğun olaraq beynəlxalq əməkdaşlıqları dərinləşdirməli və tədbirlərdə iştirak etməlidir:
"2026-cı ildə əsas prioritetlərimizdən biri İslam İnkişaf Bankının illik toplantısında yerli QHT-lərin təmsil olunması, investisiyaların cəlb olunması və tədbirin işıqlandırılmasına dəstək göstərməkdir. Digər prioritet isə tərəfdaşımız olan Türkiyə Cümhuriyyəti maliyyə ofisi ilə birgə Azərbaycanda yeni investor qruplarının cəlb olunması, Zəngəzur və Qarabağ regionlarına səfərlərin təşkil olunmasıdır".












